İtaliya A Seriyasının 10-cu turunun növbəti oyunlarında

31 Oktyabr 2019 10:58

Xəbər 510 dəfə oxunub

Oktyabrın 30-da futbol üzrə İtaliya A Seriyasının 10-cu turunun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, turun mərkəzi qarşılaşması “San Paolo” stadionunda oynanılıb. “Napoli” öz meydanında “Atalanta” komandasını qəbul edib. Gərgin keçən görüşdə qalib müəyyənləşməyib – 2:2.Cari mövsüm yaxşı oyunu ilə diqqət çəkən “İnter” səfərdə “Breşiya” komandanı 2:1 hesabı ilə məğlub edib. Son çempion “Yuventus” Turinin digər təmsilçisi “Torino” ilə üz-üzə gəlib. Üç qırmızı vərəqənin göstərildiyi oyunda “qoca sinyora” son dəqiqələrdə vurduğu qolla 2:1 hesabı ilə qələbə qazanıb.Çempionatın favoritlərindən sayılan “Roma” isə səfərdə “Udineze”ni böyük hesabla məğlub edib – 0:4.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Kalyari” – “Bolonya” – 3:2;

“Latsio” – “Torino” – 4:0;

“Sampdoriya” – “Leççe” – 1:1;

“Sassuolo” – “Fiorentino” – 1:2;

“Parma” – “Verona” – 0:1.

Tura oktyabrın 31-də keçiriləcək “Milan” – SPAL oyunu ilə yekun vurulacaq.xeber100.com