İngiltərə Premyer Liqasında 11-ci turun növbəti oyunlarında

3 Noyabr 2019 20:17

Xəbər 463 dəfə oxunub

Noyabrın 2-də futbol üzrə İngiltərə Premyer Liqasında 11-ci turun növbəti oyunları keçirilib.Azərtac xəbər verir ki, son çempion “Mançester Siti” öz meydanında “Southemton” komandasını qəbul edib. Mançester təmsilçisi hesabda 1:0 hesabla geridə olsa da, ardıcıl iki qol vuraraq qələbə qazanıb.“Mançester Siti”nin əzəli rəqibi “Liverpul” isə səfərdə eyni hesabla “Aston Villa” komandasını məğlub edib – 2:1.Turun gözlənilməz hesabı “Vitality” stadionunda qeydə alınıb. “Mançester Yunayted” klubu səfərdə “Bournemouth” komandasına məğlub olub – 1:0.Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb.

“Arsenal” – “Volvethrmton” – 1:1;

“Brayton” – “Norviç Siti” – 2:0;

“Şeffild Yunayted” – “Börnli” – 3:0;

“Vest Ham” – “Nyukasl Yunayted” – 2:3;

“Vatford” – “Çelsi” – 1:2.

Qeyd edək ki, tura noyabrın 3-də iki oyunla yekun vurulacaq.xeber100.com