Uels Portuqaliya yığması ilə qarşılaşacaq

2 İyul 2016 13:01

Xəbər 1492 dəfə oxunub

“Avro-2016″nın 1/4 final mərhələsində Britaniya təmsilçisi olan Uels millisi Belçika ilə üz-üzə gəlib. Faktinfo.az xəbər verir ki, oyunda çoxları Belçikadan asan qələbə gözləsə də, Uels rəqibini darmadağın edib.Baxmayaraq ki, oyunda hesabı Belçikalı Naynqolan 13-cü dəqiqədə gözəl zərbəylə açıb. Ancaq 30-cu dəqiqədə günc zərbəsindən Eşli Uilyams baş zərbəsi ilə hesaba tarazlıq gətirib. İkinci hissənin 54-cü dəqiqəsində isə Robson-Kanu fərqi 2-yə çatdırıb – 2:1. Bu qoldan sonra rəqib qapısına yüklənən Belçikalılar 85-ci dəqiqədə qapılarında daha bir qol görüblər. Vouks baş zərbəsiyə fərqi 3-ə çatdırıb – 3:1. Onu da qeyd edək ki, 1/2 finalda Uels Portuqaliya yığması ilə qarşılaşacaq.xeber100.com