İran ilə Azərbaycan arasında yük və sərnişin daşınması üçün yeni aviareyslər açılacaq.Azərtac xəbər verir ki, bu barədə İranın Əlborz vilayətindəki Payam beynəlxalq hava limanının baş direktoru Nadir Sanai deyib. O bildirib ki, dekabrın 3-də Bakıda səfərdə olarkən Azərbaycanın müvafiq qurumlarının rəhbərləri ilə görüşlər keçirib. Qərara qalınıb ki, Payam beynəlxalq hava limanından Bakıya birbaşa uçuşlar təşkil olunsun.Qeyd edək ki, İran ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişaf etməsi iqtisadi əlaqələrin də inkişafına təkan verib ki, bu da öz növbəsində yük və sərnişinlərin daşınmasının yeni mərhələyə qədəm qoyması tələbatını yaradıb. Hazırda İranın bu hava limanı Mərkəzi Asiya respublikaları ilə əməkdaşlıq edərək yük və sərnişindaşıma həyata keçirir. İranın Əlborz vilayəti isə Tehranın yaxınlığında yerləşir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…