“Turkey Junior Open 2019” beynəlxalq badminton turniri davam edir

18 Dekabr 2019 09:45

Xəbər 529 dəfə oxunub

Ankarada “Turkey Junior Open 2019” beynəlxalq badminton turniri davam edir.Azərtac xəbər verir ki, 19 yaşadək badmintonçuların qatıldığı yarışda idmançılarımız 5 kateqoriyada 6 iştirakçı ilə təmsil olunur.Cavanşir Əlizadə, Vahid Quliyev və Teymur Abbasovdan ibarət məşqçilər korpusun rəhbərliyi altında qadın badmintonçuların şəxsi yarışında Nigar Əliyeva 1/32 finalda yerli idmançı Ezgi Hazal Ulusa 2:0 hesabı ilə qalib gəlib. İdmançımız onaltıdabir finalda digər türk idmançı Çağla Özayyıldızla qarşılaşacaq.Qeyd edək ki, “Turkey Junior Open 2019” turnirinə dekabrın 18-də yekun vurulacaq.xeber100.com