FIFA milli komandaların reytinq cədvəlini açıqlayıb

19 Dekabr 2019 13:56

Xəbər 422 dəfə oxunub

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.Azərtac AFFA-ya istinadla xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1177 xalla 114-cü pillədə qərarlaşıb.Qeyd edək ki, ilk üçlükdə də dəyişiklik olmayıb. Belçika 1765 xalla birinci, Fransa 1733 xalla ikinci, Braziliya isə 1712 xalla üçüncü pillədə yer alıblar.xeber100.com