Türkiyə Superliqasının XVI turunda “Qalatasaray” səfərdə “Göztəpə”nin qonağı olub.Azərtac xəbər verir ki, gərgin hücumlarla yadda qalan oyunun 9-cu dəqiqəsində meydan sahiblərinin hücumçusu Kameron Jerome hesabı açıb. Matçın 27-ci dəqiqəsində “Göztəpə”nin müdafiəçisi Lamine Qassama topu öz qapısına göndərib. Lakin meydan sahibləri 61-ci dəqiqədə qələbə topunu vurmağı bacarıblar. Halil Akbunar komandasına üç xalı qazandıran qola imza atıb. Beləliklə, “Qalatasaray” səfərdə “Göztəpə”yə 2:1 hesabı ilə məğlub olub.Günün digər oyunlarında “Kasımpaşa” öz meydanında “Qaziantep”ə 3:4 hesabı ilə uduzub. “Rizəspor” komandası isə “Yeni Malatyaspor”a 2:0 hesabı ilə qalib gəlib.Turun digər oyunları dekabrın 22-də və 23-də keçiriləcək.Hazırda turnir cədvəlinə 33 xalla “Sivasspor” başçılıq edir. “Başakşəhər” və “Beşiktaş” 27 xalla müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…