Beynəlxalq Şahmat Festivalı başlayıb

6 İyul 2016 13:42

Xəbər 1961 dəfə oxunub

Batumidə Şəhər Bələdiyyəsi Kuboku Beynəlxalq Şahmat Festivalı davam edir. Azərtac xəbər verir ki, “A” turnirində 43 şahmatçı, o cümlədən doqquz qrossmeyster iştirak edir. Azərbaycan idmanının şərəfini FIDE ustası Maqomed Muradlı, Murad Nuri, Xanım Balacayeva və ustalığa namizəd Kənan Qarayev qoruyur. Dörd turdan sonra hərəyə 3,5 xal toplayan üç şahmatçı liderlik edir, dörd şahmatçı isə onlardan O,5 xal geri qalır. Azərbaycan təmsilçisi Maqomed Muradlının 2,5 xalı, Murad Nurinin 2 xalı, Xanım Balacayeva və Kənan Qarayevin aktivində isə hərəyə 1 xal var. Şəhər Bələdiyyəsi Kuboku Beynəlxalq Festivalı İsveçrə sistemi üzrə 9 turda keçirilir.xeber100.com