Martın 4-də Azərbaycan Beynəlxalq Françayzinq Forumu – “Caspian Franchise” öz işinə başlayıb.Azərtac xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilən forumun məqsədi kiçik və orta biznes (KOB) subyektləri üçün yeni fəaliyyət sahələrinin genişləndirilməsi, ölkəmizdə françayzinqin inkişaf imkanlarını müzakirə etməkdir.Franşiza sahiblərinin, investorların, sahibkarların və françayzinq üsulu ilə biznes fəaliyyətinə başlamaq istəyənlərin iştirakı ilə keçirilən forumun açılışında çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov çıxışlarında mövzu ilə bağlı fikirlərini bölüşüb, forumun müvafiq sahənin inkişafında və bu istiqamətdə fikir mübadiləsinin aparılmasında, eləcə də françayzinq məhsullarının təqdim olunmasında əhəmiyyətini qeyd ediblər.Forumun sərgi hissəsi isə xarici françayzinq şirkətlərinin nümayəndələri ilə yerli şirkətlərimizin birbaşa işgüzar görüşlərini təşkil etmək və bu çərçivədə françayzinq sahəsində əməkdaşlığı təşviq etmək imkanı yaradır. Müxtəlif xarici və yerli brendlər üzrə franşizləri təqdim edən şirkətlərin iştirak etdiyi sərgidə uyğun franşiz tapmaq üçün konsaltinq xidmətləri də göstərilir. Sərgidə yerli şirkətlər KOBİA-nın dəstəyi ilə öz məhsul və xidmətlərini xüsusi stenddə təqdim edirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…