Formula 1 Qran-Pri yarışları ləğv oluna bilər

20 Mart 2020 12:22

Xəbər 452 dəfə oxunub

Niderlandda planlaşdırılmış və artıq vaxtı dəyişdirilmiş Zandvoort Formula 1 Qran-Pri yarışları ləğv oluna bilər.Azərtac xəbər verir ki, bu haqda Niderland Formula 1 Qran-Pri yarışlarının direktoru Jan Lammers bildirib. Onun sözlərinə görə, Monako Qran Prisi kimi Zandvoort Formula 1 Qran-Pri yarışları da ləğv oluna bilər.“Koronavirus epidemiyası bəzi ölkələrə hələ çatmayıb. Bizdə hansı vəziyyətdir, epidemiyanın pik nöqtəsidirmi? Çoz istərdik ki, nəzarət bizim əlimizdə olsun, ancaq nəzarət virusun əlindədir. Ölkəmizin və dünyanın iyul ayında virusdan azad olduğunu deməyə çox sevinərdik. Ancaq bu fikir nə qədər realdır? Hər şeyə hazır olmalıyıq. Ola bilsin yarışlar bir il təxirə salınsın”, – deyə Jam Lammers “Motorsport” portalına müsahibəsində bildirib.xeber100.com