İyulun 7-də “Avro-2016”da ikinci yarımfinal qarşılaşması keçiriləcək. Bakı vaxtilə saat 23:00-da başlayacaq oyunda meydan sahibləri Fransa millisi Almaniya kollektivi ilə üz-üzə gələcək. İtaliya yığmasını penaltilər seriyasında məğlub etməyi bacaran Bundestimin heyətində müdafiəçi Mats Hummels cəza səbəbindən oyunu buraxacaq, yarımmüdafiəçi Sami Kediranın və hücumçu Mario Qomesin isə zədə ucbatından meydana çıxmayacaqları gözlənilir. Bu itkilərə baxmayaraq çoxları hazırda dünyada ən güclü heyətlərdən birinə malik olan Almaniyanı bu qarşılaşmanın, ümumiyyətlə isə çempionatın favoriti hesab edirlər. Keçən turda çempionatın sürprizlərindən olan İslandiyanı böyük hesabla məğlub edən Didye Deşamın komandasında isə zədəli və cəzalı futbolçular yoxdur. Eyni zamanda, fransızların meydan sahibləri olması onlar üçün əlavə stimuldur. Bu maraqlı qarşılaşma Marselin “Velodrom” stadionunda keçiriləcək. Oyunun baş hakimi Nikola Ritsoli olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…