FIFA futbol üzrə növbəti reytinq cədvəlini açıqlayıb

9 Aprel 2020 19:48

Xəbər 433 dəfə oxunub

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.Azərtac xəbər verir ki, fevralda açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1177 xalla 114-cü pillədə qərarlaşıb.Qeyd edək ki, cədvəlin ilk üç pilləsində Belçika (1765), Fransa (1733), Braziliya (1712) yığmaları yer alıb.xeber100.com