Azərbaycan Şahmat Federasiyası (AŞF) ölkəmizdə xüsusi karantin günlərində onlayn turnir keçirməyi planlaşdırır.Bu fikri AŞF-in vitse-prezidenti Faiq Həsənov Azərtac-a açıqlamasında bildirib. O qeyd edib ki, bununla bağlı əsasnamə hazırlanır. Əsasnamə təsdiqləndikdən sonra sürətli şahmat üzrə yarış təşkil ediləcək.F.Həsənov turnirdə aşağı reytinqli şahmatçıların da mübarizə aparacaqlarını və bununla da yarışın daha çox şahmatçını əhatə edəcəyini vurğulayıb: “Turnirdə 1900 və daha yüksək reytinqli şahmatçılar iştirak edəcəklər. Yarışa qatılmaq istəyən şahmatçılar üçün bu, geniş imkanlar yaradacaq”.Vitse-prezident yarışın əsasnaməsi təsdiq olunarsa, turnirin aprelin ikinci yarısında təşkil ediləcəyini bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…