“Qalatasaray” futbol klubu yeni transfer edəcək

14 Aprel 2020 17:56

Xəbər 922 dəfə oxunub

Türkiyənin “Qalatasaray” klubu Çinin “Shanghai Shenhua” klubunda çıxış edən Halkı transfer etmək istəyir.Azərtac xəbər verir ki, Çində oyunçuların maaşları kəskin şəkildə azalacağı üçün futbolçular klublarından ayrılmağı düşünür.Çin Super Liqasının ulduzu olan 33 yaşlı hücumçu Avropaya qayıtmağı düşünür. Bu səbəbdən də braziliyalı futbolçunun “Qalatasaray”dan təklif gələcəyi halda danışığa gedəcəyi gözlənilir.Qeyd edək ki, Halk daha öncə Çində pula görə oynadığını demişdi: “Peşəkar futbolçuların 10 illik karyerası olur. Bunu diqqətə almalıyıq. Çinə pul qazanmağa gəlirik. Yoxsa hamımız Avropada oynamağa davam edərik”.xeber100.com