“Real Madrid” yenidən müqavilə bağlamaq niyyətindədir

13 Aprel 2020 21:30

Xəbər 627 dəfə oxunub

İspaniyanın “Real Madrid” klubunun serbiyalı hücumçusu Luka Yoviç komandada karyerasını davam etdirəcək.Azərtac xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb. Mənbənin bildirdiyinə görə, klub bu ilin yayında müqaviləsi başa çatacaq Luka Yoviçə yenidən şans vermək və onunla müqavilə bağlamaq niyyətindədir. “Kral” klubunda gələcəkdə forvardın əhəmiyyətli irəliləyiş əldə edəcəyinə və komandaya faydalı olacağına inanırlar.Xatırladaq ki, hazırda “Real Madrid” İspaniya çempionatında 56 xalla ikinci yerdədir.xeber100.com