2020-ci ildə keçirilməsi planlaşdırılan bütün yarışları ləğv edilib

17 Aprel 2020 20:19

Xəbər 889 dəfə oxunub

İtaliya hökuməti gənclər və yeniyetmələr arasında 2020-ci ildə keçirilməsi planlaşdırılan bütün yarışları ləğv edib. Ölkədə bu yaş qrupları üçün hər il 15 regional və milli yarış keçirilir.Azərtac xəbər verir ki, məqsəd gəncləri və yeniyetmələri xəstəliyə yoluxmaqdan qorumaqdır. İtaliya Futbol Federasiyası gənclər və həvəskarlar arasında keçirilməsi nəzərdə tutulan bütün çempionatları ləğv edib və bu məsələnin il sonunadək bir daha gündəmə gətirilməyəcəyini açıqlayıb. Lakin İtaliya futbol çempionatındakı peşəkar yarışlar böyük ehtimalla may ayından etibarən davam edə bilər. A seriyasındakı yarışlar üzrə məşqlərə mayın 4-də start veriləcəyi ilə bağlı məsələ müzakirə olunur.xeber100.com