“Quançju Everqrand” futbol klubu yeni stadionun inşasına başlayıb

18 Aprel 2020 22:47

Xəbər 557 dəfə oxunub

Çinin “Quançju Everqrand” futbol klubu qeyri-adi stadionun inşasına başlayıb.Azərtac xəbər verir ki, Çinin ən titullu klublarından birinin yeni arenası geniş ləçəkli lotus şəklində olacaq. Yüz min azarkeş tutumuna malik olacaq arena, həm də dünyada ən böyük stadion kimi diqqəti cəlb edəcək. Lakin “Quançju Evergrande Arena”nın liderliyi çox çəkməyəcək. Çünki, Barselonanın “Camp Nou” stadionu yenidən qurulduqdan sonra birinci yerə çıxacaq.“Quançju Evergrande Arena”nın inşaat dəyəri 1,5 milyard avrodur. Layihə məşhur dizayner Hasan Sayed tərəfindən hazırlanıb.xeber100.com