“Sabah” klubu “Orlando Payrets”in futbolçusunu transfer etmək istəyir

22 Aprel 2020 21:48

Xəbər 528 dəfə oxunub

Cənubi Afrika Respublikasının (CAR) “Orlando Payrets” klubunun futbolçusu Vinsent Pule Bakının “Sabah” komandasının maraq dairəsinə düşüb.”The Citizien” nəşri xəbər verir ki, Bakı təmsilçisi 28 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.Xəbərdə qeyd edilib ki, daha öncə CAR-dan Hendrik Ekşteyni heyətinə cəlb edən “Sabah” bu ölkədəki yerli futbolçuları izləyir.xeber100.com