Avropa Triatlon Şurası növbəti reytinq cədvəlini açıqlayıb

23 Aprel 2020 18:07

Xəbər 595 dəfə oxunub

Avropa Triatlon Şurası qadın idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.Azərtac qurumun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Kseniya Levkovskaya reytinq cədvəlində 1 pillə irəliləyib. Belə ki, hesabında 1415 xal olan təmsilçimiz 48-ci pilləyə yüksəlib.Reytinq cədvəlinin ilk üç pilləsində Böyük Britaniya təmsilçiləri – Corciya Teylor-Braun, Cessika Lernmos və Viki Holland yer alıblar.xeber100.com