Şahmat turnirində beşinci turun növbəti iki görüşü keçirilib

28 Aprel 2020 00:42

Xəbər 632 dəfə oxunub

Aprelin 27-də onlayn şahmat turnirində beşinci turun növbəti iki görüşü keçirilib.Azərtac xəbər verir ki, turun son oyunlarında amerikalı şahmatçı Fabiano Karuana həmyerlisi Hikaru Nakamuranı “armagedon”da üstələyərək 2 xal qazanıb. H.Nakamura 1 xal əldə edib. Rusiyalı Yan Nepomnyaşiyə 2,5:1,5 hesabla qalib gələn çinli Liren Dinq 3 xal qazanıb.Hazırda dünya çempionu Maqnus Karlsen, H.Nakamura, L.Dinq 11 xalla öndədirlər. F.Karuana 10, fransalı Maksim Vaşe-Laqrav və Y.Nepomnyaşi 5, niderlandlı Aniş Giri 4, FIDE təmsilçisi Əlirza Firuzca 3 xala malikdir.Turnirin mükafat fondu 250 min dollardır.xeber100.com