Şahmat üzrə onlayn superturnirdə iki görüşü keçirilib

29 Aprel 2020 00:00

Xəbər 543 dəfə oxunub

Aprelin 28-də şahmat üzrə onlayn superturnirdə altıncı turun ilk iki görüşü keçirilib.Azərtac xəbər verir ki, dünya çempionu, norveçli Maqnus Karlsen rusiyalı Yan Nepomnyaşini “armagedon”da üstələyərək (3:2) 2 xal qazanıb. Bununla o, turnirdə yenidən liderliyi ələ alıb. Digər görüşün qalibi isə FIDE-nin iranlı təmsilçisi Əlirza Firuzca olub. Niderlandlı Aniş Girini 2,5:1,5 hesabı ilə məğlub edən şahmatçı aktivinə daha 3 xal yazdırıb.Hazırda turnir cədvəlinə 13 xalla M.Karlsen başçılıq edir. Amerikalı şahmatçı Hikaru Nakamura, çinli Liren Dinq 11, ABŞ-ın digər təmsilçisi Fabiano Karuana 10, Ə. Firuzca, Y.Nepomnyaşi 6, fransalı Maksim Vaşe-Laqrav 5, A. Giri 4 xala malikdirlər.xeber100.com