“Arsenal” futbol klubu məşqləri bərpa edib

29 Aprel 2020 00:12

Xəbər 575 dəfə oxunub

Londonun “Arsenal” futbol klubu məşqləri bərpa edib.İngiltərə mətbuatı xəbər verir ki, Aleksandr Lyakazett, David Luis, Qranit Caka klubun bazasına daxil olarkən görülüb. Futbolçular meydanda məsafə qaydalarına əməl edərək fərdi şəkildə məşq ediblər.Beləliklə, “Arsenal” Premyer Liqa təmsilçiləri arasında məşqləri bərpa edən birinci klub olub.xeber100.com