Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə üçüncü dəfə depozit hərracı keçirəcək. “Apa-Economics” xəbər verir ki, iyulun 11-də keçiriləcək dolayı depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 30 gün təşkil edir. “Bloomberg” ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 4,01%-6,99% təşkil edir.xeber100.com