Futbol üzrə İtaliya A Seriyasının 29-cu oyunu keçirilib

2 İyul 2020 13:40

Xəbər 1036 dəfə oxunub

İyulun 1-də futbol üzrə İtaliya A Seriyasının 29-cu oyunu keçirilib.Azərtac xəbər verir ki, “İnter” öz meydanında autsayder “Breşiya”nə qəbul edib. Görüş Milan təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb – 6:0.“İnter”in heyətində Eşli Yanq, Aleksis Sançes, Danilo Ambrozio, Roberto Qaqliardin, Kristian Eriksen və Antonio Landreva fərqləniblər.Bu qələbədən sonra “İnter” 64 xalla üçüncü yerdə, “Breşiya” isə 18 xalla 20-ci yerdə qərarlaşıb.xeber100.com