XV Avropa çempionatının final görüşü keçirilib

11 İyul 2016 09:52

Xəbər 914 dəfə oxunub

İyunun 10-da futbol üzrə XV Avropa çempionatının final görüşü keçirilib. Azərtac xəbər verir ki, Parisin Sen-Deni rayonunun “Stade de Frans” stadionunda keçirilən Portuqaliya-Fransa matçından əvvəl möhtəşəm şou nümayiş etdirilib. Daha sonra final görüşü start götürüb. Portuqaliyanın start heyətində Rui Patrisio, Sedrik, Pepe, Fonte, Qerrero, Renato Sançes, Adrien Silva, Uilyam Karvalyo, Joao Mari, Ronaldo və Nani meydana çıxıb. Fransa millisinin ilk onbirliyində isə Loris, Sanya, Kosielni, Ümtiti, Evra, Poqba, Matuidi, Sissoko, Qrizman, Paye və Jiru yer alıb. Matçı ingiltərəli Mark Klattenburqun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Final qarşılaşmasında ilk hissədə hesab açılmayıb. İlk yarıda Fransa millisinin müəyyən ərazi üstünlüyü olsa da bu hesabda əksini tapmayıb. İlk hissədə ən yaddaqalan hadisə isə Portuqaliya yığmasının kapitanının zədələnərək meydanı tərk etməsi olub. Oyunun 25-ci dəqiqəsində Kristiano Ronaldonu Rikardo Quaresma əvəzləyib. İlk hissədə olduğu kimi, ikinci hissədə də Fransa millisi daha çox hücum edən tərəf olub. Lakin Portuqaliya millisinin qapıçısı Rui Patrisionun inamlı oyunu nəticəsində fransızlar qol vura bilməyiblər. Oyunun sonlarına yaxın isə fransızların heyətində Andre-Pyer Jinyakın vurduğu zərbə qapı dirəyinə dəyib. Oyunda qalibi müəyyən etmək üçün iki 15 dəqiqədən ibarət əlavə vaxt oynanılıb. İlk 15 dəqiqədə qapılara qol vurulmayıb. İkinci on beş dəqiqəyə Portuqaliya millisi hücumlarla başlayıb. Nəticədə oyunun 109-cu dəqiqəsində Portuqaliya millisinin heyətində Eder fərqlənib. Onun uzaq məsafədən vurduğu zərbə qarşısıalınmaz olub. Qoldan sonra Fransa millisi çox cəhd göstərsə də bu, heç nəyi dəyişməyib. Beləliklə, Portuqaliya yığması tarixində ilk dəfə olaraq Avropa çempionu olub. Oyundan sonra qalibin mükafatlandırılması mərasimi olub. Gümüş medallar Fransa yığmasının üzvlərinə təqdim edilib. Sonra kürsüyə Portuqaliya millisinin üzvləri çıxıblar. Qızıl medallar və Avropa çempionatının kuboku qalib komandaya təqdim edilib. Qeyd edək ki, Fransa millisinin üzvü Qrizman altı qolla çempionatın bombardiri olub.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02