UEFA klubların reytinq siyahısını açıqlayıb

11 İyul 2016 09:57

Xəbər 3165 dəfə oxunub

Futbol üzrə Çempionlar və Avropa liqalarının ikinci təsnifat mərhələsi ərəfəsində UEFA klubların reytinq siyahısını açıqlayıb. Azərtac xəbər verir ki, Azərbaycan klubları arasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdam klubu 13,375 xalla 120-ci pillədə qərarlaşıb. İkinci yerdə “Neftçi” yer alıb – 9,125 xal (156-cı yer). Digər klublarımızın reytinqdəki mövqeyi isə belədir: “Qəbələ” – 5,625 (211-ci yer), “İnter” – 5,373 (219-cu yer), “Xəzər-Lənkəran” – 3,875 (284-cü yer), “Kəpəz” – 3,375 (312-ci yer) və “Bakı” – 3,125 (323-cü yer).xeber100.com