Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir.Azərtac xəbər verir ki, avrokubokda oynayacaq yeganə Azərbaycan təmsilçisi bu dəfə amerikalı hücumçu Naya Krittendeni rənglərinə bağlayıb.Voleybolçu ilə 1 mövsümlük müqavilə imzalanıb. Son mövsümü İsveçrənin “Franş-Montan” klubunda oynayan Krittenden Azərbaycana gələnədək daha 2 ölkədə legioner həyatı yaşayıb. O, 2016-2017-ci il mövsümündə İtaliyanın “Kazerta”, növbəti ildə isə Macarıstanın “Budapeşt” klublarının şərəfini qoruyub.Qeyd edək ki, “Azərreyl” daha öncə sloveniyalı Moytsa Pene, rusiyalı Anastasiya Mertsalova, millimizin üzvləri Tovuz Ələkbərova, Kseniya Pavlenko və Valeriya Kondratyeva ilə müqaviləni artırıb, slovakiyalı Romana Hudeçova, amerikalı Kazmier Braun, ispaniyalı Anna Nyusom, yığmamızın oyunçuları Yuliya Kərimova və Anastasiya Bessonova ilə 1 illik anlaşma əldə edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…