İyulun 8-də futbol üzrə Türkiyə çempionatının XXXI turunun ikinci gün qarşılaşmasında “Qalatasaray” səfərdə “Alanyaspor”un qonağı olub.Azərtac xəbər verir ki, maraqlı keçən qarşılaşmada meydan sahibləri rəqiblərini 4:1 hesabı ilə məğlub ediblər. Alanya təmsilçisinin qollarını Papis Demba Sisse (43, 45), Tasos Bakasetas (89) və Mustafa Pektemek (90) vurub. İstanbul klubunun yeganə qolunu isə Adəm Böyük (45) vurub.Beləliklə, “Qalatasaray” Türkiyə çempionluğu şansını itirib.Günün digər “Trabzonspor” – “Antalyaspor” və “Göztəpə” – “Ankaragücü” matçlarında isə qalib müəyyənləşməyib. Hər iki oyun 2:2 hesabı ilə bitib. “Sivasspor” isə doğma meydanda “Yeni Malatyaspor”a minimal hesabla məğlub olub.Bundan əlavə, turda iyulun 9-da “Rizəspor” – “Kayserispor”, “Beşiktaş” – “Kasımpaşa”, “Qaziantep” – “Konyaspor” komandaları qarşılaşacaq.Türkiyə çempionatında hazırda “Başakşəhər” 66 xalla turnir cədvəlinin lideridir. “Trabzonspor” 62 xalla ikincidir. “Sivasspor” 54 xalla üçüncü, “Qalatasaray” klubu isə 52 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə “Alanyaspor” (51 xal), “Fənərbağça” (50 xal), “Beşiktaş” (50 xal) və digər komandalar gəlir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…