FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb

16 İyul 2020 20:50

Xəbər 500 dəfə oxunub

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.Azərtac xəbər verir ki, ötən ay açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1177 xalla 114-cü pillədə qərarlaşıb.Reytinqin ilk üç pilləsində Belçika (1765), Fransa (1733) və Braziliya (1712) yığmaları qərarlaşıblar.Qeyd edək ki, AFFA Azərbaycan milli komandasının baş məşqçi postu üçün italiyalı Cianni De Byazi ilə müqavilə imzalayacaq.xeber100.com