“Zirə” futbol klubu yeni transferlərini açıqlayıb

18 İyul 2020 18:41

Xəbər 603 dəfə oxunub

Bakının “Zirə” futbol klubu yeni transferlərini açıqlayıb.Azərtac kluba istinadla xəbər verir ki, klub 4 futbolçu ilə müqavilə imzalayıb. “Qəbələ”dən ayrılan Klesio Bauk, “Sabah”la vidalaşan Rəşad Eyyubov və Kərim Diniyevlə birillik sözləşmə bağlanılıb. “Sumqayıt”la yollarını ayıran Sərtan Taşqın isə ikiillik müqaviləyə qol çəkib.Qeyd edək ki, Rəşad Sadıqov “Zirə”nin baş məşqçisi təyin olunub. Qəsəbə təmsilçisi 38 yaşlı mütəxəssislə üçillik müqavilə imzalayıb.xeber100.com