Rapid növləri üzrə 53-cü beynəlxalq festival keçiriləcək

18 İyul 2020 18:44

Xəbər 476 dəfə oxunub

İsveçrənin Bil şəhərində şahmatın klassik, blits və rapid növləri üzrə 53-cü beynəlxalq festival keçiriləcək.Azərtac xəbər verir ki, səkkiz qrossmeysterin qatılacağı klassik şahmat və blits üzrə yarışlarda Azərbaycanı Arkadi Naydiç təmsil edəcək.Klassik şahmat yarışı iyulun 21-dən 29-dək, blits turniri isə iyulun 25-də təşkil olunacaq. Festival koronavirus pandemiyası dövründə onlayn formatda keçirilməyən ilk turnirlərdən biri olacaq.xeber100.com