Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilərinə SMSRadar xidmətini təqdim edir. Aylıq abunə haqqı cəmi 1 AZN olan bu xidmət sayəsində abunəçilər yol hərəkəti qaydalarını pozduqda qayda pozuntusunun vaxtı və cərimə haqqında ətraflı məlumat qeyd olunan SMS alacaqlar. SMSRadar adlı bu innovativ xidmətdən faydalanmaq üçün istənilən tarifdən istifadə edən Bakcell abunəçisi idarə etdiyi nəqliyyat vasitəsinin nömrəsini (misal: 00-XX-000) SMS vasitəsilə 5666 qısa nömrəsinə yollamalıdır. “Abunəçilərimizin rahatlığının və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə istifadəyə verdiyimiz bu xidmət avtomobil idarə edənlər üçün çox faydalı olacaq. Hər kəsi yol hərəkəti qaydalarına riayət etməyə və yol hərəkətinin bütün iştirakçılarına hörmətlə yanaşmağa çağırırıq”,-deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib. Sürət həddini aşmış nəqliyyat vasitəsi barədə məlumat abunəçilərə dərhal, yol hərəkəti qaydalarının digər pozuntuları barədə məlumat isə müvafiq sistemdə qeyd olnandan sonra göndərilir.xeber100.com
.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…