“Paris Sen-Jermen” klubunun hücumçusu 15 illik əməkdaşlığa son qoyub

31 Avqust 2020 12:18

Xəbər 1320 dəfə oxunub

Fransanın “Paris Sen-Jermen” klubunun hücumçusu Neymar “Nike” şirkəti ilə 15 illik əməkdaşlığa son qoyub.Xarici KİV-lər xəbər verir ki, razılaşmanın pozulmasının təfərrüatları bəlli deyil.İyirmi səkkiz yaşlı braziliyalı futbolçu 2011-ci ildə şirkətlə 105 milyon dollarlıq yeni müqavilə imzalamışdı. Tərəflərin əməkdaşlığı 2022-ci ilə qədər nəzərdə tutulsa da, vaxtından əvvəl başa çatıb.Neymarın “Puma” markası ilə əməkdaşlığa başladığı iddia olunur.xeber100.com