UEFA Millətlər Liqasının birinci turunda

4 Sentyabr 2020 13:32

Xəbər 954 dəfə oxunub

UEFA Millətlər Liqasının birinci turunda Almaniya ilə 1:1 hesabı ilə heç-heçə edən İspaniya yığması rekorda imza atıb.Xarici KİV-lər xəbər verir ki, matçın 90+5-ci dəqiqəsində Xose Qayanın qolu ilə məğlubiyyətdən xilas olan ispanlar ardıcıl 41 oyundur ki, meydanı qolsuz tərk etmirlər. Bu, milli komandalar arasında rekord göstəricidir.İspaniya millisi sonuncu dəfə “Avro-2016”nın səkkizdəbir final mərhələsində İtaliya ilə oyunda (0:2) qol vura bilməyib.xeber100.com