“Keşlə” futbol klubudoğma meydanda “Səbail”i qəbul edib

6 Sentyabr 2020 13:11

Xəbər 831 dəfə oxunub

Azərbaycan Premyer Liqasının ikinci turuna hazırlığı davam etdirən “Keşlə” futbol klubu yoxlama oyunu çərçivəsində doğma meydanda “Səbail”i qəbul edib.Azərtac xəbər verir ki, iki paytaxt təmsilçisinin üz-üzə gələdiyi görüşdə “Keşlə” “Səbail”in qapısından üç cavabsız qol keçirib. “Keşlə”nin hər üç qolunun müəllifi Silvio Rodriqes Junior olub.Qeyd edək ki, “Keşlə” ölkə çempionatının birinci turunda səfərdə “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. “Neftçi” isə doğma meydanda “Səbail”i 2:1 hesabı ilə üstələyib.xeber100.com