Portuqaliya millisi İsveç seçməsini 2:0 hesabı ilə məğlub edib

9 Sentyabr 2020 11:08

Xəbər 594 dəfə oxunub

Sentyabrın 8-də futbol üzrə UEFA Millətlər Liqasının 2020-2021-ci illər mövsümünün ikinci turu çərçivəsində Portuqaliya millisi səfərdə İsveç seçməsini 2:0 hesabı ilə məğlub edib.Azərtac xəbər verir ki, oyunda hər iki qolun müəllifi olan Kriştiano Ronaldo milli komandanın heyətində 100-cü qolunu vurub.Bu nəticəyə əsasən Ronaldo milli komandaların heyətində ən çox qol vuran (109 qol) iranlı Əli Daei arasında fərqi azaldıb.xeber100.com