“Sumqayıt” futbol klubu növbəti futbolçunun keçidini reallaşdırıb

9 Sentyabr 2020 11:16

Xəbər 576 dəfə oxunub

2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” futbol klubu növbəti futbolçunun keçidini reallaşdırıb.Azərtac xəbər verir ki, komanda son mövsümü Portuqaliyanın “Uniao Leyria” klubunda keçirmiş Hüseyn Cəfərovu heyətinə qatıb. 3 illik müqaviləyə imza atan 19 yaşlı gənc yarımmüdafiəçi komandada 15 nömrəli formada çıxış edəcək.xeber100.com