“Milan” klubu “Breşia” komandasının yarımmüdafiəçisini icarəyə götürüb

10 Sentyabr 2020 15:08

Xəbər 466 dəfə oxunub

“Milan” futbol klubu “Breşia” komandasının yarımmüdafiəçisi Sandro Tonalini icarəyə götürüb.Azərtac klubun saytına istinadla xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçinin icarə müqaviləsinin müddəti açıqlanmayıb. “Milan” klubunun İtaliya millisinin futbolçusunu birdəfəlik transfer etmək hüququna malik olduğu vurğulanıb.İtaliya mətbuatı “Milan”ın S.Tonali üçün 10 milyon avro icarə haqqı ödəyəcəyini yazıb. Klub futbolçunu birdəfəlik almaq üçün isə 25 milyon avro ödənməlidir.Qeyd edək ki, yarımmüdafiəçi yeni klubunda 8 nömrəli forma ilə çıxış edəcək.xeber100.com