“Fulhem” klubu “Paris Sen-Jermen”in qapıçısını icarəyə götürüb

11 Sentyabr 2020 13:09

Xəbər 446 dəfə oxunub

İngiltərənin “Fulhem” komandası Fransanın “Paris Sen-Jermen” klubunun qapıçısı Alfons Areolyanı icarəyə götürüb.Azərtac klubun saytına istinadla xəbər verir ki, London klubu 27 yaşlı futbolçunu birdəfəlik transfer etmək seçimi ilə 2021-ci ilin yayınadək icarəyə götürüb.Qeyd edək ki, A.Areolya “Paris Sen-Jermen”in yetirməsidir. Ötən mövsümdə qapıçı icarə əsasında İspaniyanın “Real Madrid” klubunun şərəfini qoruyub.xeber100.com