İngiltərə Premyer Liqasının 5-ci turun oyunlarına start verilib

18 Oktyabr 2020 12:03

Xəbər 501 dəfə oxunub

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının 5-ci turun oyunlarına start verilib.Azərtac xəbər verir ki, son çempion “Liverpul” səfərdə “Everton” komandası ilə qarşılaşıb. “Gudison Park” stadionunda baş tutan görüş 2:2 hesabı ilə heç-heçə başa çatıb.“Liverpul”un heyətində Sadio Mane, Məhəmməd Salah, “Everton”da isə Mihael Kin və Dominik Calvert-Levin fərqləniblər.Görüşün 90-cı dəqiqəsində qonaqların kapitanı Jordan Henderson penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.Bu oyundan sonra “Everton” 13 xalla birinci, “Liverpul” isə 10 xalla üçüncü yerdə qərarlaşıb.xeber100.com