“Kəpəz” futbol klubu Azərbaycan kubokunda 100-cü oyununu keçirib

8 Fevral 2021 19:10

Xəbər 586 dəfə oxunub

Gəncənin “Kəpəz” futbol klubu Azərbaycan kubokunda 100-cü oyununu keçirib.Azərtac xəbər verir ki, yubiley dörddəbir final mərhələsinin “Keşlə” ilə matçına təsadüf edib. Bu qarşılaşmayadək 99 görüşə çıxan “Kəpəz” 0:2 hesabı ilə uduzub.Turnirdə 1992-ci ildə debüt edən “Kəpəz” 57 qələbə qazanıb, 15 heç-heçə edib və 28 dəfə uduzub. Gəncəlilər 180 qol vurub, 104-nü buraxıblar.Qeyd edək ki, “Kəpəz” evdə 47, səfərdə 49, neytral meydanda 4 dəfə qüvvəsini sınayıb.xeber100.com