“Qarabağ” futbol klubunun aparıcı futbolçusu komandadan ayrıla bilər

11 Fevral 2021 18:07

Xəbər 509 dəfə oxunub

Ağdamın “Qarabağ” klubunun aparıcı futbolçusu Xayme Romero komandadan ayrıla bilər.Azərtac xəbər verir ki, futbolçuya Kiprin “Apollon” klubundan təklif gəlib. Növbəti mövsüm Çempionlar Liqasında oynamağı hədəfləyən komanda mövsümün sonunda ispaniyalı futbolçunu transfer üçün danışıqlara başlayacaq.Qeyd edək ki, “Apollon” bir müddət əvvəl Ağdam klubundan ayrılan Donald Geryeni heyətinə qatıb.xeber100.com