“Azərişıq Qarabağda” layihəsi çərçivəsində Ağdam rayonun Əfətli kənd ərazi nümayəndəliyinə daxil olan 8 kənddə yenidənqurma işlərinə başlanılıb.“Azərişıq” ASC-dən Azərtac-a bildirilib ki, müharibənin gedişində bu kəndlər erməni atəşinə məruz qalan zaman elektrik enejisi təsərüffatına ciddi ziyan dəymişdi. Ermənilərin atdığı çoxsaylı mərmilər bir çox yerdə xətt və dayaqları yararsız hala salmışdı. İlkin mərhələdə 3 kənddə elektrik xətləri, dayaqlar, transformator məntəqələri və sayğaclar tamamilə yenilənir. Əraziyə kifayət qədər mal-materal göndərilib. 1200-dək abonetin yaşadığı Hacıməmmədli, Məmmədbağırlı və Əfətli kəndində işlərin yekunlaşması bir aya nəzərdə tutulub. Kəndlər yeni tikilmiş 35/10 kilovoltluq Əfətli yarımstansiyasından qidalanır.Prezident İlham Əlyevin Fərmanına uyğun olaraq işğaldan azad olunan Cəbrayıl, Şuşa, Laçın, Qubadlı, Zəngilan, Aşdam rayonu ərazilərində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar elektrik enerjisi ilə təmin edilib. Suqovuşan qəsəbəsinə isə Tərtərdən yeni 35 kilovoltluq xəttin çəkiliş işləri davam edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…