Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü mərhələsinin yarımfinalçıları müəyyənləşib.Azərtac xəbər verir ki, dörddəbir finalda norveçli Maqnus Karlsen ermənistanlı Levon Aronyanı, amerikalı şahmatçı Uesli So FIDE təmsilçisi Alireza Firuzcanı, rusiyalı Yan Nepomnyaşi amerikalı Hikaru Nakamuranı, niderlandlı Aniş Giri isə fransalı Maksim Vaşye-Laqravı mübarizədən kənarlaşdırıb.Yarımfinal mərhələsinin görüşləri martın 18-19-da oynanılacaq.Qeyd edək ki, şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təsnifat mərhələsində mübarizəni dayandırıblar.Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci – “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olmaqla yanaşı, həm də seriyanın finalına vəsiqə qazanıb. Şahmatçımız seriyanın üçüncü mərhələsində – “Opera Euro Rapid” turnirində isə üçüncü yeri tutub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…