Aprelin 24-də dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının növbəti turniri başlayacaq.Azərtac xəbər verir ki, “Newin Chess Classic” adlanan turnirdə iki şahmatçımız – Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov mübarizə aparacaq.Şahmatçılarımızın rəqibləri Maqnus Karlsen, amerikalı şahmatçılar Hikaru Nakamura, Uesli So, Leyner Dominqes, rusiyalı Sergey Karyakin, ermənistanlı Levon Aronyan, FIDE-ni təmsil edən Alireza Firuzca, Norveç təmsilçiləri Aryan Tari və Yoxan-Sebastyan Kristyensen, polşalı Yan-Kşıştof Duda, Vyetnam təmsilçisi Le Quanq Lyem, ingiltərəli Qeveyn Cons və hindistanlılar Vidjit Santos və Rameşbabu Praqnanandha olacaqlar.Qeyd edək ki, 16 şahmatçının mübarizəyə qatılacağı turnirin mükafat fondu 100 min ABŞ dolları təşkil edəcək. “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…