Mayın 6-9-da Bolqarıstanın paytaxtı Sofiyada dünya Olimpiya təsnifat turniri keçiriləcək.Azərtac Dünya Güləş Birliyinin (UWW) saytına istinadla xəbər verir ki, turnirdə 84 ölkədən 474 idmançı mübarizə aparacaq.Turnirdə ölkəmizi qadın güləşi yarışlarında Türkan Nəsirova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (76 kq) təmsil edəcəklər.Qeyd edək ki, qadın güləşçilərimizdən yalnız səkkizqat Avropa çempionu Mariya Stadnik (50 kq) “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Yunan-Roma güləşçilərimizdən isə İslam Abbasov (87 kq) dörd illiyin zirvə yarışında iştirak hüququ qazanıb. Sərbəst güləşçilərimizdən Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) “Tokio-2020”yə vəsiqəni təmin ediblər. Olimpiadada güləş yarışları avqustun 1-dən 7-dək keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…