Futbol üzrə İtaliya millisinin Avropa çempionatında iştirak edəcək yekun heyəti açıqlanıb.Azərtac xəbər verir ki, baş məşqçi Roberto Mançini milliyə 26 futbolçu çağırıb.Heyətdə qapıçılardan Canluici Donnarumma (“Milan”), Aleks Meret (“Napoli”) və Salvatore Siricu (“Torino”) yer alıblar. Müdafiəçilərdən Françesko Açerbi (“Latsio”), Alessandro Bastoni (“İnter”), Leonardo Banuççi, Corco Kyellini (“Yuventus”), Covanni Di Lorenso (“Napoli”), Emerson Palmeri (“Çelsi”), Alessandro Florenzi (“Paris Sen-Jermen”), Leonardo Spinatsola (“Roma”), Rafael Toloy (“Atalanta”) heyətə cəlb olunublar. Baş məşqçi yarımmüdafiə xətti üçün komandada Nikolo Borella, Stefano Sensi (“İnter”), Brayan Kristante, Lorenso Pelleqrini (“Roma”), Manuel Lokatelli (“Sassuolo”), Marko Verratti (“Paris Sen-Jermen”) və Jorjinyoya (“Çelsi”) şans verib. Hücumçulardan isə Andrea Belotti (“Torino”), Domeniko Berardi, Cakomo Raspadori (“Sassuolo), Federiko Bernardeski, Federiko Kieza (“Yuventus”), Ciro İmmobile (“Latsio”) və Lorenso İnsinya (“Napoli”) heyətə cəlb olunublar.“Avro-2020” bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. İtaliya millisi Türkiyə, Uels və İsveçrə seçmələri ilə birlikdə A qrupunda mübarizə aparacaq. Dördqat dünya çempionları bu komandalarla doğma meydanda – Romada qarşılaşacaq.Bakı Olimpiya Stadionu A qrupunun üç görüşünə və dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək. Belə ki, iyunun 12-də Uels-İsveçrə, 16-da Türkiyə-Uels, 20-də İsveçrə-Türkiyə qarşılaşmaları Bakıda oynanılacaq. Dörddəbir final mərhələsinin qarşılaşması isə Bakıda iyulun 3-də keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…