İyunun 5-də dünyanın elit şahmatçılarının mübarizə aparacaqları “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsi start götürəcək.Azərtac xəbər verir ki, Rumıniyada keçiriləcək turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcəklər.Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq. Yarışda Azərbaycan təmsilçiləri ilə yanaşı, ABŞ şahmatçıları Fabiano Karuana və Uesli So, niderlandlı Aniş Giri, fransalı Maksim Vaşye-Laqrav, rusiyalı Aleksandr Qrişuk, macarıstanlı Riçard Rapport, rumıniyalı Konstantin Lupulesku və ermənistanlı Levon Aronyan iştirak edəcəklər. Turnir 9 turdan ibarət olacaq.Seriyanın növbəti mərhələsi iyunun 17-22-də Parisdə, iyulun 5-12-də Zaqrebdə təşkil ediləcək. Sonuncu iki mərhələ isə avqustun 9-16-da və 16-28-də ABŞ-ın Sent-Luis şəhərində keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…