İyulun 5-də Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününə Formula 2 yarışları ilə start verilib.Azərtac xəbər verir ki, Formula 2 üzrə birinci sprint yürüşündə hər biri iki pilotla təmsil olunan 11 komanda mübarizə aparıb. Pilotlar Bakı şəhər halqasında 21 dövrə vurublar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Prema Racing” komandasının rusiyalı pilotu Robert Şvartsman birinci olub. “Carlin”in üzvü Dan Tiktum yarışı ikinci, “UNİ-Virtuosi” komandasının pilotu Guanyu Zhou isə üçüncü pillədə başa vurublar.Daha sonra Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü keçirilib. Yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb. “Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari” komandasında Karlos Sayns, Çarls Lekler, “Williams”ın heyətində Corc Russell və Nikolas Latifi yarışıblar. “Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Pyer Qasli və Yuki Tsunoda, “Alpine”da isə Fernando Alonso ilə Esteban Okon mübarizə aparıblar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Antonio Covinatsi və Kimi Raykonnen, “McLaren”də Daniel Rikkardo və Lando Norris yürüşdə iştirak ediblər. Pilotlar Mik Şumaxer və Nikita Mazepin “Haas”, Sebastian Fettel və Lans Stroll “Aston Martin” komandasının idman şərəfini qoruyublar.Üçüncü yürüşdə “Alpha Tauri” komandasının pilotu Pyer Qasli fərqlənməyi bacarıb. Serxio Peres (“Red Bull Racing”) ikinci, Luis Hamilton (“Mercedes”) isə üçüncü olublar.Gərgin idman mübarizəsinin yaşandığı Formula 1 Azərbaycan Qran-Prisinin sıralama turunda bir neçə qəza baş verib. Belə ki, “Aston Martin” komandasının pilotu Lans Stroll 15-ci döngədən çıxarkən bolidi səddə çırpılıb. Təkəri zədələnən kanadalı pilotun bolidi yararsız hala düşüb. Növbəti qəza da 15-ci döngədə baş verib. Bu dəfə “Alfa Romeo”nun üzvü Antonio Covinatsi sürəti tənzimləyə bilməyərək qoruyucu sədlə toqquşub.Sıralama turunda “Ferrari” və “Mercedes” komandalarının pilotları Şarl Lekler və Luis Hamilton ilk iki pillədə qərarlaşıblar. Ş.Lekler 1 dəqiqə 41,218, L.Hamilton isə 1 dəqiqə 41,450 saniyəlik nəticə göstəriblər. “Red Bull Racing”in pilotu Maks Ferstappen (1 dəqiqə 41,563 saniyə) üçüncü yerdə qərarlaşıb. Bu turun nəticələrinə əsasən, iyunun 6-da keçiriləcək əsas yarışda pilotların düzülüşü müəyyənləşib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…