“Qarabağ” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

11 İyun 2021 14:45

Xəbər 354 dəfə oxunub

Ağdamın “Qarabağ” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac kluba istinadla xəbər verir ki, Ağdam təmsilçisi Kady Yuri Borqes Malinovski ilə 2+1 illik müqavilə imzalayıb.O, komandada 20 nömrəli formanı geyinəcək.İyirmi beş yaşlı yarımmüdafiəçi Braziliyanın “Koritiba” klubunun yetirməsidir. Kady Yuri Borqes Malinovski 2019-cu ilədək bu komandada çıxış edib.xeber100.com